Bu ölkədə sərhədlərin mühafizəsi üzrə texnologiyaların sınağı meydançası açılacaq

2022/09/1663824514.jpg
Oxunub: 504     21:06     15 May 2025    
Finlandiyanın Rusiya sərhədi yaxınlığına yerləşən Yoensu şəhərində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə texnologiyaların sınağı üçün xüsusi meydança açılacaq.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, şəhər Rusiya sərhədindən 70 kilometr aralıda yerləşir. Meydança Yönsü şəhərində yerləşəcək laboratoriya və Kaynuu bölgəsindəki Vuosanka poliqonundan ibarət olacaq və Finlandiya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. Gələcəkdə bu sınaq meydançasında pilotsuz uçuş aparatları və digər müasir texnologiyalar test ediləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Rusiya  


Bizi "telegram"da izləyin