"Hindistanla Pakistan arasında ixtilafın nizamlanmasına kömək etmişəm" - Tramp

2025/05/1747295005.jpg
Oxunub: 549     16:47     15 May 2025    
Aprelin 22-də Hindistanla Pakistan arasında ikitərəfli münasibətlərin pisləşməsindən sonra ölkələr arasında olan ixtilafların nizamlanmasına mən kömək etmişəm.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Qətərin Əl-Udeyd hərbi bazasında çıxışı zamanı bildirib.

“Demirəm ki, bunu sırf mən etmişəm, amma qəti şəkildə əminəm ki, ötən il Hindistanla Pakistan arasında problemin nizamlanmasına kömək etmişəm. Həmin vaxt tərəflərin bir-birinə qarşı düşmənçiliyi artmaqda idi... Düşünürəm ki, məsələ həllini tapıb”, - deyə Tramp bildirib.

Ağ Ev rəhbəri rəsmi Vaşinqtonun həri iki ölkə ilə dialoqa dəstək göstərməyə davam etdiyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin