Belçika 200-300 ədəd “Piorun” HHM sistemi alacaq

2025/05/1747289318.jpg
Oxunub: 433     14:53     23 May 2025    
Belçika 200-300 ədəd Polşa istehsalı olan “Piorun” Hava Hücumundan Müdafiə (HHM) sistemi alacaq.

Ordu.az xəbər verir ki, Polşa Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış Belçikanın müdafiə naziri Teo Frankenlə Belçikaya 200-300 ədəd “Piorun” portativ HHM sistemi satışı üçün niyyəti məktubu imzaladıqlarını açıqlayıb.

İki ölkə, həmçinin yeni müdafiə sahəsində əməkdaşlıq sazişinin hazırlanması üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.

Polşa və Belçikanın müdafiə nazirləri Polşada “Piorun” portativ HHM sistemlərinin istehsal olunduğu MESKO zavodunda görüşüblər.

Polşanın Norveç və Ukrayna kimi ölkələrə də ixrac etdiyi bu sistemlərin istehsal edildiyi müəssisədə baş tutan səfərdə tərəflər arasında hərbi əməkdaşlıq niyyət məktubu imzalanıb.

Kosinyak-Kamış qeyd edib ki, həm polşalı, həm də belçikalı pilotlar hazırda ABŞ-də yeni nəsil döyüş təyyarələri ilə bağlı təlim keçirlər.

İki ölkənin müdafiə nazirləri 30 ildir qüvvədə olan mövcud müqaviləni əvəz edəcək yeni müdafiə sahəsində əməkdaşlıq sazişi üzərində işə başlamaq qərarına gəliblər.

“Biz tezliklə mövcud təhlükələri və əməkdaşlığımızdan əldə etdiyimiz təcrübəni özündə əks etdirən yeni versiyanı imzalayacağıq”, - deyə Kosinyak-Kamış əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Piorun   HHM  


Bizi "telegram"da izləyin