Tramp iyunda NATO sammitində iştirak edəcək

2025/05/1746768021.jpg
Oxunub: 600     19:26     13 May 2025    
ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçiriləcək yay sammitində iştirak etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlər üçün onlayn brifinqdə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker bildirib.

“Hamımız Prezident Trampın NATO sammiti üçün Haaqaya gələcəyini gözləyirik”, - diplomat deyib.

Qeyd edək ki, Şimali Atlantika alyansının Haaqada keçiriləcək sammiti iyunun 24-25-nə nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   NATO  


Bizi "telegram"da izləyin