Ordu.az xəbər verir ki, GİRSAN şirkətinin istehsalı olan MC P35 model tapançalar ABŞ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən rəsmi istifadə üçün seçilib.
Qərar ABŞ müdafiə orqanları tərəfindən aparılan hərtərəfli qiymətləndirmə prosesindən sonra qəbul edilib.
Tapançalar ABŞ Silahlı Qüvvələri üçün silah və sursat təchizatına cavabdeh olan “Picatinny Arsenal” vasitəsilə çatdırılacaq.
Bu inkişafla Türkiyə istehsalı tapança ilk dəfə ABŞ Xüsusi Təyinatlı Qüvvələri tərəfindən sahədə daşınacaq. Bu, Türkiyə müdafiə sənayesinin beynəlxalq aləmdəki mövqeyi baxımından çox mühüm addım hesab olunur.
GİRSAN İdarə Heyətinin sədr müavini Nevzat Cürgül proseslə bağlı açıqlamasında bildirib: “ABŞ Xüsusi Təyinatlı Qüvvələrini razı salmaq üçün xüsusi model yaratmamışıq. Bu, 30 illik keyfiyyət yönümlü istehsalın təbii nəticəsidir”.
Cürgül bu inkişafın təkcə GİRSAN üçün deyil, həm də Türkiyə odlu silah sənayesi üçün əhəmiyyətli bir qürur mənbəyi olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az