Uitkoff: Tramp Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda israr edir

2025/03/1740892026.jpg
Oxunub: 497     09:48     13 May 2025    
Ukrayna nizamlanması üzrə danışıqlarda əsas mövzular Zaporojye Atom Elektrik Stansiyasının istifadəsi, ölkənin Dnepr və Qara dənizə çıxışıdır.

Ordu.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Breitbart"a müsahibəsində bildirib.

O bildirib ki, bura həmçinin Rusiya tərəfinin nəzarətində olan ərazilərdən imtina edilməsi də daxildir.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp tərəflərin birbaşa danışıqlar aparmasında israr edir. Əks təqdirdə, Birləşmiş Ştatlar danışıqlar prosesindən çıxacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin