Tramp: "ABŞ Hindistan və Pakistan arasında nüvə münaqişəsinin qarşısını aldı"

2025/05/1746768021.jpg
Oxunub: 501     18:15     12 May 2025    
Biz nüvə münaqişəsini dayandırdıq.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Hindistan-Pakistan münaqişəsi ilə bağlı danışarkən deyib.

"Şənbə günü mənim Administrasiyam Hindistan və Pakistan arasında tam və dərhal atəşkəs əldə etməyə kömək etdi. Məncə daimi atəşkəs, çoxlu nüvə silahı olan iki xalqın təhlükəli münaqişəsinə son qoydu".

Donald Tramp əlavə edib ki, ABŞ hazırda Hindistanla ticarət sazişi üzrə danışıqlar aparır və yaxın gələcəkdə bu cür danışıqlara Pakistanla da başlamağı planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin