Ordu.az xəbər verir ki, 2022-ci ildə 246 milyon dollarlıq sövdələşmə çərçivəsində alınmış Sahə İnformasiya Kommunikasiya Sistemi (FICS) Tayvan administrasiyasının səhra bölmələrinin məlumat ötürmə və qəbul imkanlarını artırmaq üçün nəzərdə tutulub və ölkənin hərbi rabitə infrastrukturuna inteqrasiya olunacaq.
FICS sistemi üçüncü nəsil yerüstü rabitə sistemidir, ilk növbədə ərazidəki qoşunlar tərəfindən istifadə olunur.
Onun məqsədi mobil, təhlükəsiz rabitə təmin etmək və Tayvan administrasiyasının ordusunun modernləşdirmə səylərinə töhfə verməkdir.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, hazırkı Taktiki Ərazi Əlaqə Sistemini əvəz edəcək FICS M142 Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sistemi kimi silah sistemlərini təkmilləşdirməklə, hədəf dəqiqliyini artıracaq.
Sevinc Əliyeva
Ordu.az