Ordu.az xəbər verir ki, radar sistemləri sınaq zamanı bir neçə hava hədəfini eyni anda izləyərək yüksək dəqiqliklə yerüstü xəritələndirmə həyata keçirib.
“PhantomStrike” GaN (galyum nitrid) texnologiyası ilə işləyən və hava ilə soyudulan AESA tipli atəşi idarəetmə radarıdır. Digər radarlara nisbətən daha az çəkili və sərfəli olan bu sistem həm müasir təyyarələr, həm də PUA-lar, helikopterlər və yerüstü sistemlər üçün nəzərdə tutulub.
“Raytheon”un Genişlənmiş Məhsullar və Həllər bölməsinin rəhbəri Bryan Rosselli bildirib ki, bu radar ABŞ və müttəfiq qüvvələr üçün yüksək səviyyədə vəziyyət anlayışı və təhdidlərə qarşı çevik reaksiya qabiliyyəti təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az