Parlament komissiyasının üzvü: "Şəhid Rəcai limanındakı hadisədə xaricilərin iştirakı hələ təsdiqlənməyib"

2025/04/1745839107.jpg
Oxunub: 381     15:07     28 Aprel 2025    
Şəhid Rəcai limanındakı hadisədə kənar müdaxiləni təsdiqləyən heç bir sübut təqdim edilməyib.

Ordu.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əli Xəzrian bildirib.

Onun sözlərinə görə, mövcud sübutlara əsasən, hadisə zəif daxili təhlükəsizlik və qeyri-müvafiq idarəetmə səbəbindən baş verib:

“Xarici amillərin iştirakına dair hələ heç bir sübut təqdim edilməyib".

Əli Xəzrian bu fəlakətə səbəb olan amillərə qətiyyətlə cavab vermək zərurətini vurğulayaraq deyib: “Şəhid Rəcai limanındakı partlayış faciəli bir insan fəlakətidir. Bunun kökləri struktur çatışmazlıqlarında və ölkənin limanlarının idarə edilməsindəki ciddi səmərəsizlikdədir".

Qeyd edək ki, İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin