Türkiyə XİN: Fidan HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməyib

2025/01/1738142498.jpg
Oxunub: 358     13:39     28 Aprel 2025    
Türkiyə tərəfi Fələstinin HƏMAS hərəkatını atəşkəs məsələlərində güzəştə getməyə məcbur etməyib.

Ordu.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Oncu Keçeli jurnalistlərə bildirib.

"İsrail qəzetlərindən birində nazir Hakan Fidan 27 aprel tarixində Dohada HƏMAS nümayəndələri ilə görüşü zamanı HƏMAS-ı atəşkəs məsələsində güzəştə getməyə məcbur etməsi barədə iddialar həqiqətə uyğun deyil", - deyə o bildirib.

Əvvəllər məlumat verilmişdi ki, 27 apreldə Fidan Dohada HƏMAS nümayəndələri ilə İsraillə atəşkəs danışıqlarındakı vəziyyəti müzakirə edib. Hərəkat nümayəndələri daimi atəşkəsə can atmağa davam etdiklərini bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   HƏMAS  


Bizi "telegram"da izləyin