Elon Maskdan F-35 tənqidi: PUA sürülərinə qarşı şansı yoxdur

2025/04/1745831477.jpg
Oxunub: 469     22:31     28 Aprel 2025    
Amerikalı iş adamı İlon Mask ABŞ ordusunun F-35 döyüş təyyarəsi proqramı ilə bağlı tənqidini yenidən gündəmə gətirib.

Ordu.az xəbər verir ki, Mask bu yüksək qiymətli təyyarənin müasir döyüş mühitlərinə hazır olmadığını və həssas olduğunu iddia edib.

Mask etdiyi paylaşımda siyasi şərhçi Laura Loomerin F-35 proqramını “ABŞ vergi ödəyicilərinə və milli təhlükəsizliyimizə çox milyard dollarlıq xəyanət” adlandırdığı bəyanatını yenidən paylaşıb.

Paylaşımda F-35 istehsal edən “Lockheed Martin” şirkətinin “döyüş üçün hazır olmayan” təyyarələri təhvil verdiyi iddia edilib. Radar sistemləri ilə bağlı problemlər, proqram təminatının işlənib hazırlanmasında gecikmələr və əməliyyat sınaqlarında irəliləyişin olmaması kimi məsələlər diqqətə çatdırılıb.

“Inside Defence” və “Air & Space Forces Magazine” kimi mənbələrə istinadən Loomer proqram təminatının inkişafı və kritik sistemlərdə “heç bir irəliləyişin olmadığını” bildirib. “Bu məsələ daha çox diqqət və nəzarət tələb edir”, - deyə o qeyd edib.

“SpaceX” və “Tesla”nın qurucusu və prezident Donald Trampın hökumətin səmərəlilik üzrə məsləhətçi qrupunun üzvü Mask öz şərhini əlavə edib: “Ekipajlı təyyarələr ucuz pilotsuz uçuş aparatı sürüləri tərəfindən dərhal məhv ediləcək”.

“Lockheed Martin” F-35 proqramını müdafiə edib. Şirkətdən verilən açıqlamada F-35-in qabaqcıl stelslik (gizlilik), sensorlar və silah inteqrasiyası ilə təhdidlərin qarşısını almaq və onları məğlub etmək üçün misilsiz bir qabiliyyət təqdim etdiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elon-Mask   F-35  


Bizi "telegram"da izləyin