Kreml Kiyevdən Ukraynanın birbaşa danışıqlara hazır olduğuna dair siqnal gözləyir

2025/02/1739529720.jpg
Oxunub: 428     12:19     28 Aprel 2025    
Birbaşa danışıqlara hazır olma siqnalı Kiyevdən gəlməlidir.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva bu istiqamətdə Kiyevdən heç bir hərəkət görmür.

“Kiyev bununla bağlı müəyyən addımlar atmalıdır” deyən Peskov jurnalistlərə bildirib ki, Ukrayna qanunvericiliyi Rusiya ilə danışıqları qadağan edib.

“Biz hələ heç bir hərəkət görmürük ”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov əlavə edib ki, Rusiya xüsusi hərbi əməliyyatını davam etdirir, lakin Moskva ilkin şərt olmadan Kiyevlə danışıqlara başlamağa hazırdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Kiyev  


Bizi "telegram"da izləyin