Norveç F-35 döyüş təyyarələri üçün ilk JSM raketlərini təhvil alıb

2025/04/1745820388.jpg
Oxunub: 435     11:05     29 Aprel 2025    
Norveç aprelin 28-də F-35A döyüş təyyarələri üçün hazırlanmış Birgə Hücum Raketinin (JSM) ilk tədarükünü tamamlayaraq, hava qüvvələri tarixində əhəmiyyətli bir mərhələyə çatıb.

Ordu.az xəbər verir ki, ölkənin “Ørland” aviabazasında təşkil edilən təhvil-təslim mərasimi ilə Norveçin F-35 döyüş təyyarəsinin satınalma prosesi tamamlanıb və yeni nəsil müdafiə imkanlarına keçid rəsmi olaraq başlayıb.

Norveç Müdafiə Materialları Agentliyinin (NDMA) Hava Sistemləri İdarəsinin rəisi, briqada generalı Yarle Nerqard JSM-nin F-35-lərə inteqrasiyasının ölkənin uzun mənzilli, aşağı aşkaretmə riskli hədəfi aşkar etmə və hücum imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcəyini deyib.

“Bu, əvvəllər yalnız böyük dövlətlərin malik olduğu bir qabiliyyət idi”, - deyə o bildirib.

Qeyd edək ki, Norveçin “Kongsberg Defence & Aerospace” (KDA) şirkəti tərəfindən NDMA və Norveç Müdafiə Araşdırmaları Müəssisəsi (FFI) ilə əməkdaşlıq çərçivəsində hazırlanmış JSM qabaqcıl Norveç texnologiyasının məhsulu kimi seçilir.

Raket F-35-in daxili silah stansiyalarında daşına bilən yeganə sistemdir ki, bu da həm təyyarənin uçuş mənzilini, həm də aşağı radara görünmə qabiliyyətini qoruyur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç   F-35  


Bizi "telegram"da izləyin