Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husi üsyançılarının nəzarətində olan Al Masirah televiziya kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ən azı 50 yaralı yerli xəstəxanaya çatdırılıb, onların əksəriyyəti ağır vəziyyətdədir. Hadisə yerində dağıntıların təmizlənməsi davam edir. Kanalın iddiasına görə, zərbə anında mərkəzdə 100-dən çox miqrant olub.
2023-cü ildə Qəzza sektorunda münaqişənin kəskinləşməsindən sonra husilər İsrail ərazisinə atəş açacaqları və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəkləri barədə xəbərdarlıq etmişdilər. Hücumlar bu ilin yanvar ayının ortalarında Fələstin anklavında atəşkəs rejiminin tətbiqindən sonra dayandırılmışdı, lakin mart ayının əvvəlində atəşkəsin pozulmasından sonra üsyançılar Qırmızı dənizdəki İsrail gəmilərinə zərbələrin bərpa olunduğunu bəyan etdilər.
***
ABŞ Hərbi Hava Qüvvələri Yəmənin Səda şəhərinə endirdiyi aviazərbələr nəticəsində azı 30 nəfər ölüb.
Ordu.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Qeyd edilib ki, hava zərbəsi əsasən Afrika ölkələrindən olan miqrantların saxlandığı həbsxananı hədəfə alıb.
***
ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində yerləşən, eyniadlı vilayətin inzibati mərkəzi olan Səda şəhərinə aviazərbələr endirib.
Ordu.az xəbər verir ki, bu barədə Yəmənin "Al Masirah" telekanalı məlumat yayıb.
Bildirilib ki, bombardmana xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlandığı cəzaçəkmə müəssisəsi məruz qalıb.
İlkin məlumatlara əsasən, onlarla həlak olan və yaralanan var.
Ordu.az