Pakistan Ordusu altı terrorçunu zərərsizləşdirib

2025/04/1745642485.jpg
Oxunub: 705     07:05     26 Aprel 2025    
Pakistan Ordusunun Hayber-Paxtunxva əyalətinin Bannu rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı azı 6 yaraqlı öldürülüb, 4-ü isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Geo” telekanalı İslam Respublikası Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinə (ISPR) istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci il aprelin 23-dən 24-nə keçən gecə Pakistan hərbçiləri Bannu rayonunu ekstremistlərdən təmizləmək üçün əməliyyat keçirib. Onların hədəfi ölkədə qadağan olunmuş “Fitnə əl-Xəvaric” qruplaşmasının (əvvəllər “Təhrik-i-Taliban Pakistan” və ya “Pakistan Taliban Hərəkatı” kimi tanınır) yaraqlıları olub.

Qarşıdurma zamanı 6 terrorçu öldürülüb, daha 4-ü yaralanıb. Ərazinin təmizlənməsi əməliyyatı davam edir.

Məlumata görə, hərbçilər arasında itki yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Ordu   Terror  


Bizi "telegram"da izləyin