Ermənistanda ölmüş hərbçinin xatirəsinə qoyulan xatirə daşı sındırılıb

2026/06/1781899759.jpg
Oxunub: 195     00:12     20 İyun 2026    
İllər əvvəl Ermənistanda, Spitak yaxınlığında hərbi avtomobilin iştirakı ilə baş vermiş yol qəzasında ölən erməni hərbçinin xatirəsinə qoyulan xatirə daşı naməlum şəxslər tərəfindən dağıdılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” saytı məlumat yayıb.

Məlumata görə, 2015-ci il aprelin 17-də Lori vilayətində, Spitak dolaylarında hərbi “Ural” avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Erməni hərbçiləri daşıyan avtomobil dərəyə yuvarlanıb.

Qəza nəticəsində bir erməni hərbçi həyatını itirib, çox sayda erməni əsgər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən sonra ölən erməni hərbçinin döyüş yoldaşları qəzanın baş verdiyi ərazidə onun xatirəsinə xatirə daşı və gül qabları yerləşdiriblər. Bildirilir ki, onlar mütəmadi olaraq həmin məkanı ziyarət edir və xatirə daşının önünə gül qoyurdular.

İyunun 19-da isə məlum olub ki, xatirə daşı və gül qablarından biri sındırılıb. Hazırda hadisəni aktını törədən şəxsin kimliyi məlum deyil və hadisə ilə bağlı araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xatirə-daşı  


Bizi "telegram"da izləyin