Ordu.az xəbər verir ki, bu barədə “Taipei Times” məlumat yayıb.
Məlumata görə, Tayvan administrasiyasının Hərbi Hava Qüvvələri 2025-2026-cı illərdə yeni “Patriot” zenit sistemlərini təhvil alaraq, dördüncü HHM divizionunu qurmağı planlaşdırır.
Tayvan administrasiyasının Müdafiə Nazirliyi qeyri-müəyyən sayda “Patriot PAC-3” sistemlərinin, həmçinin ballistik raketləri ələ keçirə bilən PAC-3 MSE zenit-raket komplekslərinin alınması üçün vəsait ayırıb.
Hazırda Tayvanda şimal, mərkəzi və cənub bölgələrində yerləşdirilmiş “Patriot” sistemlərinin üç divizionu var.
Mənbələr bildirir ki, yeni bölmə Hualien və Taidonq şəhərlərini qorumaq üçün Tayvanın şərq sərhədlərində yerləşdiriləcək.
Tayvan administrasiyasının hava hücumundan müdafiə divizionları, hər birində cəmi 3 batareya olması baxımından, ABŞ-nin standart strukturundan ciddi şəkildə fərqlənir. Tayvanda ümumilikdı PAC-3 versiyalarında 9 aktiv batareya və növbəti səviyyəyə modernləşdirilən köhnə PAC-2 versiyaları var.
Tayvan administrasiyasının ordusunun hazırkı strukturuna görə, yeni bölmənin yaradılıb-yaratılmamasından asılı olaraq, Tayvan administrasiyasının mümkün sifarişi 3-6 batareya arasında dəyişə bilər.
Tayvan administrasiyasının Müdafiə Nazirliyinin satınalma məlumatlarına əsasən, bu zenit batareyalarının sursatları əsasən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş təxminən 200 ədəd uzun mənzilli PAC-2 GEM raketindən, eləcə də 384 ədəd PAC-3 CRI ballistik raket bloklayıcısından ibarətdir.
Sevinc Əliyeva
Ordu.az