Böyük Britaniya Rusiyaya coystik ixracını qadağan edib

2025/04/1745569459.jpg
Oxunub: 401     11:12     28 Aprel 2025    
Böyük Britaniya Rusiyaya video oyun coystiklərinin (gamepad) ixracını qadağan edib.

Ordu.az xəbər verir ki, qərar bu cihazların Ukraynaya hücumlarda istifadə edilən Pilotsuz Uçuş Aparatlarını (PUA) idarə etmək üçün təyinatının dəyişdirilə biləcəyi əsası ilə verilib.

Xarici İşlər Nazirliyinin cümə axşamı elan etdiyi yeni sanksiyalar paketi təxminən 150 müxtəlif ticarət məhdudiyyətini əhatə edir. Avropa İttifaqı (Aİ) da bu ilin əvvəlində eyni sahədə oxşar qadağa tətbiq edib.

Qadağa təkcə coystikləri deyil, həm də müdafiə və enerji sektorlarında istifadə oluna bilən yüksək texnologiyalı məhsulları hədəf alır.

Xüsusilə yeni neft və qaz quyularının aşkarlanması üçün istifadə edilən proqram təminatları, kimyəvi maddələr, elektron sxemlər, maşınlar və silah sistemlərində yer ala biləcək dövrə komponentlərinin ixracı da qadağan edilib.

Bu son sanksiyalar Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsinə cavab olaraq ABŞ, Böyük Britaniya və Aİ-nin tətbiq etdiyi daha geniş sanksiyaların bir hissəsidir.

Sanksiyalara ölkəni aqressiv davranışdan və ya beynəlxalq hüququ pozmaqdan çəkindirmək üçün tətbiq edilən iqtisadi və ticari cəzalar daxildir.

Britaniya, həmçinin Rusiyanın cümə axşamı axşam saatlarında paytaxt Kiyevə 9 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən raket hücumunu kəskin şəkildə pisləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin