ASELSAN Türkiyədə ilk dəfə olaraq milli imkanlarla Ürək Ağciyər Maşını hazırlayıb

2025/04/2025--3491138282.jpg
Oxunub: 392     13:47     28 Aprel 2025    
ASELSAN-ın həyat qurtaran sağlamlıq texnologiyalarından biri olan Ürək Ağciyər Maşınının qan sınaqları uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Sağlamlıq sahəsində həyat dəstəyi və tibbi görüntüləmə sahələrində fəaliyyətini davam etdirən ASELSAN Türkiyədə ilk dəfə olaraq milli imkanlarla Ürək Ağciyər Maşını hazırlayıb.

Türkiyənin səhiyyə naziri Kamal Memişoğlunun iştirakı ilə “Expomed” Sərgisində qan sınaqları uğurla tamamlanan Ürək Ağciyər Maşınının təqdimatı keçirilib.

Ürək Ağciyər Maşını açıq ürək əməliyyatlarında ürək və ağciyər funksiyalarını yerinə yetirmək üçün istifadə olunacaq.

ASELSAN-ın 2020-ci ildə başlatdığı işlər nəticəsində yenilikçi xüsusiyyətləri və erqonomikası ilə seçilən Ürək Ağciyər Maşını “If Design”, “A'Design” və “IDA Design” olmaqla, üç fərqli mərkəzdən sənaye dizaynı mükafatı alıb.

Cihazın dizayn prosesi xəstəxanalarda çalışan mütəxəssis həkimlərin və perfusionistlərin əhəmiyyətli töhfələri ilə həyata keçirilib.

Klinik sınaq prosesi Türkiyə Sağlamlıq İnstitutları Komitəsi (TÜSEB) ilə birlikdə davam edən cihazın gələn ildən etibarən xəstəxanalara təqdim edilməsi planlaşdırılır.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Türkiyə  


Bizi "telegram"da izləyin