“Hürjet” 200-cü uçuşunu tamamladı – Bəs KAAN layihəsində son durum necədir?

2025/04/1745473293.jpg
Oxunub: 597     15:55     28 Aprel 2025    
TUSAŞ-ın baş direktor müavini Prof. Dr. Fahrettin Öztürk, Türkiyə aviasiya sənayesinin önəmli layihələrindən olan “Hürjet” və KAAN barədə açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Öztürk “Hürjet”də qazanılan mühəndislik və uçuş təcrübələrinin KAAN layihəsinə birbaşa töhfə verdiyini vurğulayıb.

Onun sözlərinə görə, “Hürjet” sahəsində əldə edilən təcrübələr KAAN-ın inkişaf prosesini ciddi şəkildə sürətləndirir.

Öztürk bu günə qədər “Hürjet”in təxminən 200 uçuş həyata keçirdiyini qeyd edərək bildirib: “HÜRJET bəlkə bu gün 200 uçuş etdi. İlk uçuşundan bu yana uçuş sayı bu rəqəmə çatdı və hələ də aktiv şəkildə uçuşlara davam edir”.

“Hürjet”in inkişaf mərhələsində əhəmiyyətli bir etapda olduğunu bildirən Öztürk proyektin yetkinləşməyə çox yaxın olduğunu ifadə edib. “Hazırda təyyarəni daha da yüngülləşdiririk”, - deyə o əlavə edib.

“Hürjet”in öz seqmentində ən yaxşı təyyarə olduğuna inandığını da xüsusi vurğulayan Öztürk deyib: “Mən əvvəldən eyni şeyi deyirəm, bu təyyarənin, “Hürjet”in sahəsinin ən yaxşı təyyarəsi olduğunu düşünürəm”.

KAAN-da son vəziyyət

“Hürjet”dən əldə olunan təcrübələrin KAAN layihəsində konkret faydalar verdiyini vurğulayan Öztürk bildirib: “Bu gün KAAN-dakı bəzi proseslər məhz bu təyyarə sayəsində sürətlənir. Bu, az qala qiymətləndirilməyəcək bir mövzu deyil”.

Öztürk, KAAN-ın güc sistemi barədə də məlumat verərək, layihədə hər biri 35.000 funt itələmə gücünə malik iki mühərrikin planlaşdırıldığını bildirib: “KAAN üçün hər biri 35.000 funt gücündə iki mühərrik planlaşdırırıq. 70.000 funt ümumi itki gücü ilə havaya qalxacaq”.

Öztürk həmçinin, Türkiyə Silahlı Qüvvələri və layihə komandalarının KAAN-da ən müasir və üstün texnologiyaların yer almasını gözlədiyini vurğulayaraq əlavə edib:

“Dostlar və qüvvələr KAAN-la bağlı çalışmalar apararkən, mövcud bütün xüsusiyyətləri nəzərdən keçirirlər. Bu gün hər hansı yeni bir texnologiya F-35-də varsa, qüvvələrimiz və dövlətimiz onun daha yaxşısını və ya onu idarə edə biləcək daha üstün bir texnologiyanın KAAN-da olmasını istəyir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   KAAN   TUSAŞ  


Bizi "telegram"da izləyin