Soydaşlarımız Ukraynada humanitar yardım aksiyası keçiriblər - FOTOLAR

2025/04/img_3-1745235240.jpg
Oxunub: 740     15:26     21 Aprel 2025    
Azərbaycanın Ukraynadakı diaspor fəalları Pasxa bayramı ərəfəsində Lvovda humanitar yardım aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin, yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib.

“Azərbaycanın Ukraynadakı diasporu dövlətimizin siyasətinə uyğun olaraq humanitar aksiyaları davam etdirir”, - deyə Konqresin Gənclər və İdman departamentinin rəhbəri Şəhriyar Məhərrəmov bildirib.

Qeyd edilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və digər diaspor təşkilatları mütəmadi olaraq Ukraynada yaşayan həmvətənlərimiz və yerli icmalar arasında sosial həmrəyliyi və dəstəyi gücləndirməyə yönəlmiş layihələr həyata keçirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin