"Bayraktar TB2" yeni mühərriklə ikinci sınaq uçuşunu da uğurla tamamladı

2025/01/1736325530.jpg
Oxunub: 732     09:16     20 Aprel 2025    
Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB2" pilotsuz uçuş aparatı (PUA) şirkətin yeni istehsalı olan "TM100" mühərriki ilə ikinci sınaq uçuşunu da uğurla həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb.

"Baykar" şirkətinin icraçı direktoru Haluk Bayraktar “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, "Bayraktar TB2" sifariş sayına görə dünya üzrə lider mövqe tutur və rekord həcmdə istehsal olunur.

O, həmçinin vurğulayıb ki, "Bayraktar TB2" öz kateqoriyasında ən çox ixrac edilən taktiki PUA kimi də tanınır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar-TB2   Türkiyə  


Bizi "telegram"da izləyin