Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Səfər Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın rəsmi dəvəti ilə baş tutub. Qəbulda general Gürak da olub.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən açıqlamada qeyd edilib: “Milli müdafiə naziri Yaşar Gülər Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə Ankaraya gələn Almaniya Baş Qərargah rəisi ordu generalı Karsten Breueri qəbul edib. Görüşdə ordu generalı Metin Gürak da iştirak edib”.
Səfər çərçivəsində general Breuer Türkiyə Müdafiə Sənayesi Komitəsi, ASELSAN və Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) obyektlərini də ziyarət edib.
ASELSAN-ın baş direktoru Ahmet Akyol səfəri zamanı Breueri müşayiət edib. Nümayəndə heyəti yerli və milli müdafiə sənayesi məhsulları haqqında geniş məlumat alıb.
Sevinc Əliyeva
Ordu.az