Nüvə danışıqları və regional təhlükəsizlik: İranla yeni saziş dövrü başlayır?

2025/04/1744800385.jpg
Oxunub: 573     14:45     16 Aprel 2025    
Omanda başlanan danışıqlarda İran nüvə proqramının məhdudlaşdırılması müqabilində ABŞ tərəfindən sanksiyaların yumşaldılmasını xahiş edib. Bu barədə “The Wall Street JournalÜa danışıqların təfərrüatlarından xəbərdar olan mənbə məlumat verib. O həmçinin deyib ki, ilk mərhələ daha dərin danışıqların başlanğıcını qeyd edib və əlavə edib ki, bu danışıqlar həftəsonu davam edəcək və böyük ehtimalla Avropa ölkələrindən birinin paytaxtında keçiriləcək.

Daha sonra mətbuatda İran-ABŞ növbəti görüşünün aprelin 19-da Romada keçiriləcəyi barədə məlumat yayılıb. Mənbələrin şərh etdiyi kimi, bu, Omana qarşı “tərəflərin etimad çatışmazlığı ilə” bağlı deyil. Belə bir razılaşma “logistik düşüncələr nəzərə alınmaqla - ABŞ-Oman uçuş müddətini nəzərə alaraq” əldə edilib.

İsrail mətbuatı İran və İraq məsələlərində ixtisaslaşmış “Ambaj Media” saytına istinad edərək bildirir ki, iranlı siyasi mənbə ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkofun İran-ABŞ sazişi layihəsini təqdim etdiyini bildirib. Bu layihə İranın nüvə proqramının tam sökülməsini nəzərdə tutmur və danışıqların uğursuzluğu halında təhdidlər ehtiva etmir.

Tehranda həmçinin bildiriblər ki, bir neçə saat davam edən danışıqlardan sonra İranın Xarici İşlər Naziri Əraqçi bir neçə dəqiqə ərzində ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkof ilə birbaşa ünsiyyətdə olub. Bu söhbət zamanı Omanın Xarici İşlər Naziri Badr əl-Busayidi də iştirak edib. Digər mənbələr əlavə edib ki, Əraqçi ilə Uitkof görüşüb və əl sıxaraq ayrılıblar.

İsraildə, mətbuatın ifadə etdiyi kimi, Rusiya-Ukrayna münaqişəsində olduğu kimi, İranın nüvə proqramı məsələsində də Donald Trampın müharibə təhlükəsinin qarşısını almaq üçün ehtiyatlılıq göstərə biləcəyi və kompromis sazişinin imzalanmasına gedə biləcəyi barədə dərin narahatlıq var.

İsrailli ekspert Arie Zeyman bu baxımdan çox alt mətni olan bir müşahidə aparıb və İran-ABŞ danışıqlarının əhəmiyyətini şərh edib. O hesab edir ki, Donald Trampın mövqeyinə təsir etmək üçün İsrail Baş naziri Netanyahunun əməli olaraq az resursları var, lakin İran etnik baxımdan bircinsli ölkə deyil və Tehrana təzyiq göstərmək imkanı var. Bu, böyük ehtimalla, Vaşinqtonun İranda etnik kimlikləri təşviq edə biləcəyinə bir işarədir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Oman   ABŞ  


Bizi "telegram"da izləyin