ABŞ Yaponiyanın hərbi bazasına bombardmançı təyyarələr göndərib

2019/10/u-s-d-1572257831.jpg
Oxunub: 469     12:28     16 Aprel 2025    
ABŞ-nin bir qrup “B-1B Lancer” bombardmançı təyyarəsi Yaponiyanın Misava hərbi hava bazasına göndərilib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Sakit Okean Hərbi Hava Qüvvələri (PACAF) məlumat yayıb.

"ABŞ Hərbi Hava Qüvvələrinin “B-1B Lancer” təyyarələri, pilotları və 9-cu Ekspedisiya Bombardmançı Eskadrilyasının dəstək avadanlığından ibarət bombardmançı əməliyyat qrupu aprelin 15-də Yaponiyanın Misava hərbi hava bazasına gəlib. Onlar Sakit Okean Hərbi Hava Qüvvələrinin təlimlərinə dəstək vermək üçün göndərilib. Eyni zamanda Hind-Sakit okean regionunda regional sabitliyi gücləndirmək məqsədilə strateji çəkindirmə üzrə missiyalarını həyata keçirmək üçün gəliblər", - məlumatda qeyd edilib.

Mart ayının sonunda Yaponiya və ABŞ müdafiə nazirlərinin görüşü zamanı "Şərqi Çin dənizində Çinin hərbi fəaliyyətinin aktivləşməsi şəraitində" müdafiə və çəkindirmə imkanlarını gücləndirmək, həmçinin Yapon arxipelaqının cənub-qərb hissəsində iştirakını artırmaq məqsədilə fəal qarşılıqlı əməkdaşlıq niyyətini təsdiqləyiblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaponiya  


Bizi "telegram"da izləyin