Rusiyasız dünya qurmaq mümkün deyil - Slovakiyanın baş naziri

2025/04/1744262410.jpg
Oxunub: 397     09:20     10 Aprel 2025    
Rusiya ilə dostluq münasibətləri olmadan dinc müasir dünya qurmaq mümkün deyil.

Ordu.az-ın məlumatına görə, bu barədə Slovakiyanın baş naziri Robert Fitso deyib.

"Rusiya Federasiyası ilə dostluq münasibətləri olmadan normal, müasir və dinc dünya qurmaq mümkün deyil. Və buna nail olmaq üçün əlimdən gələni edirəm. Mən həmişə ətrafımda hiss etdiyim kimi nifrətə deyil, faktlara əsaslanan baxış bucağını tapmağa çalışıram", - deyə o bildirib.

R.Fitso qeyd edib ki, “Rusiya və Slovakiya arasında qarşılıqlı münasibətlərin inkişafı üçün imkanlar çox böyükdür”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Slovakiya  


Bizi "telegram"da izləyin