ABŞ-nin yeni gömrük rüsumlarının ləvği ilə bağlı qətnamə Senata təqdim olunub

2025/04/1744213696.jpg
Oxunub: 499     19:32     09 Aprel 2025    
Amerikalı demokrat senator Ron Uayden (Oreqon ştatından olan) ABŞ prezidenti Donald Trampın administrasiyasının bu yaxınlarda tətbiq etdiyi gömrük rüsumlarının ləğv olunması ilə bağlı qətnaməni artıq Senata təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.

"Bu gün mən amerikalı ailələrə və kiçik biznesə zərbə vuran son qlobal rüsumlara son qoymaq üçün yeni ikipartiyalı imtiyazlı qətnamə təklif edirəm", - deyə ABŞ Konqresinin yuxarı palatasında təşəbbüsünü təqdim edən senator Ron Uayden bildirib.

Senator "imtiyazlı qətnamə" hüququndan istifadə edib ki, bu da onun təklifini qanunvericilər üçün prioritetə çevirir və yaxın iki gün ərzində səsvermə keçirilməsini zəruri edir.

Uaydenin sözlərinə görə, Konqres ticarət məsələlərində prezidentə nəzarət etmək üçün müdaxilə etməlidir.

Uayden qətnaməsinin Senatda bəzi respublikaçıların dəstəyinə malik olduğunu iddia etsə də, "Bloomberg agentliyi" senatorun təşəbbüsünün Nümayəndələr Palatasında Tramp tərəfdarlarının müqaviməti ilə qarşılaşa biləcəyini, prezidentin isə bu qətnaməyə veto qoyma ehtimalını istisna etmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat  


Bizi "telegram"da izləyin