Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Böyük Britaniya özünün qalan “Tranche 1” variantlı “Eurofighter Typhoon” döyüş təyyarələrinin əksəriyyətini istismardan çıxarıb.
Bu kontekstdə Britaniya yalnız Cənubi Atlantik ərazilərinin hava hücumundan müdafiəsini təmin etmək üçün az sayda təyyarə saxlayıb.
Çoxdan gözlənilən, 2015-ci ildə tədricən başlayan bu istismardan çıxarma prosesi martın 31-də tamamlanıb.
Britaniyanın Müdafiə Nazirliyi “Janes”ə Britaniya Kral Hərbi Hava Qüvvələrinin 53 ədəd “Tranche 1 Typhoon”dan ibarət parkının əksəriyyətinin rəsmi olaraq istismardan çıxarıldığını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az