Almaniya Ukraynaya 130 milyon avro məbləğində yardım göstərəcək

2025/04/1743492178.jpg
Oxunub: 445     11:16     01 Aprel 2025    
Almaniya Ukraynaya 130 milyon avro məbləğində yardım göstərəcək.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Almaniyanın xarici işlər naziri vəzifəsinin icraçısı Annalena Berbok bildirib.

"Xarici işlər naziri A.Berbok bu gün vəzifədə olduğu müddətdə on birinci dəfə Ukraynaya səfər edib", - ölkənin Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Səfər zamanı o, siyasətçilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək və Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü istiqamətində atdığı addımları müzakirə edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin