ABŞ Çinin 50 şirkətini sanksiya siyahısına daxil edib

2025/01/1736875739.jpg
Oxunub: 450     15:27     26 Mart 2025    
ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu sanksiya siyahısına 80 təşkilat əlavə edib və bunların 50-dən çoxu Çin şirkətləridir.

Ordu.az xəbər verir ki, bu barədə Büronun məlumatında bildirilib.

Siyahıda qeyd olunan şirkətlərə ixrac məhdudiyyətləri tətbiq olunur. Xüsusilə ABŞ şirkətləri siyahıya daxil edilmiş təşkilatlara ölkə hökumətinin razılığı olmadan mal və texnologiyalar təchiz etmək hüququna malik deyil.

"Biz rəqiblərimizin ABŞ texnologiyalarından öz ordularını gücləndirmək və amerikalıların həyatını təhdid etmək üçün istifadə etməsinə imkan verməyəcəyik", - məlumatda ABŞ-nin ticarət naziri Hovard Lyutnikə istinadən bildirilib.

Ticarət Nazirliyinin qeyd etdiyi kimi, Çin şirkətlərinin bir çoxu daha sonra ölkənin hərbi məqsədlərlə istifadə edəcəyi süni intellekt, superkompüterlər və yüksək texnoloji çiplərin hazırlanmasında ehtimal edilən iştiraka görə qara siyahıya salınıb. İki şirkət “Huawei”ə qarşı sanksiyaları pozduğuna görə siyahıya daxil edilib.

Çin şirkətlərindən əlavə, Tayvan, İran, Pakistan, Cənubi Afrika və BƏƏ şirkətləri də siyahıya salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Çin  


Bizi "telegram"da izləyin