Polşalı general: "Silah çatışmazlığı səbəbindən Rusiyanın hücumundan iki həftəyədək müdafiə oluna bilərik"

2023/07/1690521086.jpg
Oxunub: 425     15:07     26 Mart 2025    
“Ölkəmizdə silah-sursatın çatışmazlığı səbəbindən Rusiyanın mümkün hücumundan iki həftəyədək müdafiə oluna biləcəyik”.

Ordu.az-ın “comments.ua” portalına istinadən xəbərinə görə, bunu ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Dariuş Lukovski deyib.

Onun sözlərinə görə, həmin müddət NATO və digər müttəfiqlərdən dəstəyin cəlb olunmasına sərf olunacaq.

General həmçinin ölkəsinin Ukraynaya silah göndərilməsi səbəbindən hərbi ehtiyatının azalmağa doğru getdiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Rusiya  


Bizi "telegram"da izləyin