Yüzlərlə fələstinli Qəzzada HƏMAS-a qarşı etiraz aksiyası keçirib

2025/02/1738903345.jpg
Oxunub: 312     12:05     26 Mart 2025    
Yüzlərlə fələstinli Qəzzanın şimalında müharibənin sona çatmasını tələb edərək "HƏMAS çıx!" şüarları ilə etirazını bildirib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailə hücumu ilə son müharibəni başladan silahlı qruplaşmaya qarşı nadir ictimai etiraz nümayişidir.

Məlumata görə, Qəzzanın şimali ən çox dağıntıya məruz qalan ərazilərdəndir. Sıx məskunlaşmış ərazidəki binaların əksəriyyəti xarabalığa çevrilib və əhalinin çox hissəsi münaqişədən qaçmaq üçün dəfələrlə köçmək məcburiyyətində qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HƏMAS   Qəzza  


Bizi "telegram"da izləyin