Macarıstanın XİN başçısı Moskvaya gedir

2024/04/1714037461.jpg
Oxunub: 331     11:43     26 Mart 2025    
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün Moskvada sülhün təmin edilməsi və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Ordu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.

"Bugünkü danışıqlarımız sülh, təhlükəsizlik, enerji təchizatı və iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövzuları əhatə edəcək", - nazir yazıb.

Onun sözlərinə görə, "ABŞ-Rusiya sülh danışıqları ötən gün yeni səviyyəyə çatıb və dünya yenidən daha təhlükəsiz olub".

P.Siyarto xatırladıb ki, üç il ərzində Macarıstan əlaqə kanallarının açıq saxlanılmasının vacibliyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   XİN   Moskva  


Bizi "telegram"da izləyin