Ordu.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Rutte Polşa prezidenti Anjey Duda, baş nazir Donald Tusk, müdafiə naziri Vladislav Kosinyak-Kamış və xarici işlər naziri Radoslav Sikorski ilə görüşəcək.
Tusk ilə danışıqlardan sonra mətbuata birgə bəyanatların verilməsi planlaşdırılır.
Bundan əlavə, NATO-nun baş katibi Varşava İqtisadiyyat Məktəbində çıxış edəcək.
Ordu.az