Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu çərçivədə 2 ədəd “Kemankeş 1” Süni Zəka Əsaslı Mini Qanadlı Raketi Maksimum Uçuş və Dalış Sınağını müvəffəqiyyətlə tamamlayıb.
Ədirnə vilayətinin Keşan rayonunda yerləşən “Baykar” Uçuş Tədris və Sınaq Mərkəzindən 2 ədəd “Kemankeş 1” ilə havaya qalxan “Bayraktar TB2” zərbə tipli Pilotsuz Uçuş Aparatı (PUA) sınaq çərçivəsində müəyyən edilmiş nöqtəyə doğru havada hərəkət edib.
Daha sonra “Kemankeş 1” Süni Zəka Əsaslı Mini Qanadlı Raketləri Maksimum Uçuş və Dalış Sınağı üçün “Bayraktar TB2” zərbə PUA-sından ayrılıb.
Maksimum Uçuş və Dalış Sınağı uğurla başa çatdıqdan sonra havada 100 kilometrdən çox məsafədən təyin olunmuş nöqtələrə doğru uçan mini qanadlı raketlər paraşütlə yerə enib.
Sevinc Əliyeva
Ordu.az