Tayvan Çinin potensial müdaxiləsini simulyasiya edən genişmiqyaslı təlim keçirəcək

2025/03/1742708557.jpg
Oxunub: 556     14:41     26 Mart 2025    
Tayvan administrasiyasının ordusu 2027-ci ildə Çinin müdaxiləsi üçün mümkün ssenariləri simulyasiya edən təlimlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Tayvan administrasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Tayvan administrasiyasının Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Pekin Taypeyə hərbi təzyiqi davam etdirdiyindən Tayvan administrasiyasının qoşunları adanın illik müharibə təlimləri zamanı 2027-ci ildə Çinin müdaxiləsi üçün mümkün ssenariləri simulyasiya edəcəklər.

Qeyd edək ki, Çin Tayvanın onun ərazisinin bir hissəsi olduğunu bildirir və adanı güc yolu ilə ələ keçirməklə hədələyir.

Taypeyin əsas dəstəkçisi və ən böyük silah tədarükçüsü olan Birləşmiş Ştatlardakı rəsmilər daha öncə Çinin Tayvana müdaxilə etməsi üçün 2027-ci ili qeyd etmişdilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tayvan   Çin  


Bizi "telegram"da izləyin