Putin Suriya liderinə müraciət göndərib

2025/03/1741886015.jpg
Oxunub: 575     15:02     20 Mart 2025    
Rusiya prezidenti Vladimir Putin Suriya lideri Əhməd əl-Şaraya müraciət göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin müraciətdə Moskvanın Suriya hakimiyyəti ilə bütün ikitərəfli gündəm üzrə praktiki əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu təsdiqləyib.

“Rusiya prezidenti Vladimir Putin Suriya dövlətinin başçısı Əhməd əl-Şaraya müraciət göndərib və bu müraciətdə o, Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünün təmin edilməsi maraqları naminə ölkədə vəziyyətin tez bir zamanda sabitləşdirilməsi səylərini dəstəkləyib”, - Kreml sözçüsü qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Şara  


Bizi "telegram"da izləyin