Uitkoff: "ABŞ Ukrayna ilə bağlı razılaşmadan sonra Rusiyaya qarşı sanksiyaları yumşalda bilər"

2025/03/1742014536.jpg
Oxunub: 496     20:47     19 Mart 2025    
ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair razılaşma əldə edildikdən sonra Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların yumşaldılması prosesinə başlaya bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoff “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

"Biz hər şeydən əvvəl hərbi əməliyyatların dayandırılması mənasına gələn həll yolu tapmaq istəyirik. Bu, Prezident Trampın siyasətidir. Biz atəşkəsə nail olmaq istəyirik", - xüsusi nümayəndə qeyd edib.

O, Ağ Evin sahibinin Moskvanı atəşkəslə bağlı danışıqlara razı salmaq üçün sanksiyaları ləğv edib-etməyəcəyi barədə suala belə cavab verib:

"Son bir neçə həftə ərzində Trampın göstərişi ilə Putinlə iki görüşüm olub və bu görüşlər ümumilikdə təxminən səkkiz saat davam edib. ABŞ administrasiyasının bir çox digər yüksək rütbəli nümayəndələri Rusiyada öz həmkarları ilə görüşlər keçirirlər. Prezident Tramp bütün bu prosesə rəhbərlik edir. Heyrətamiz irəliləyiş əldə olunur. Dünən bir telefon danışığı zamanı biz dərhal enerji infrastrukturu ilə bağlı atəşkəs barədə razılığa gəldik. Bu, vəziyyətin əsaslı surətdə dəyişməsidir", - Uitkoff vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uitkoff   ABŞ   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin