Trampın xüsusi elçisi: "Ukraynada atəşkəsə bir neçə həftə ərzində nail olmaq mümkündür"

2025/03/1740892026.jpg
Oxunub: 523     18:06     19 Mart 2025    
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Ukraynada bir neçə həftə ərzində tam atəşkəsə nail olmağın mümkünlüyünü ehtimal edib.

Ordu.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.

"Tam atəşkəs barədə danışıqlar yaxın günlərdə aparılacaq. Düşünürəm ki, biz bu vəzifəni bir neçə həftə ərzində yerinə yetirə biləcəyik", - o qeyd edib.

Əvvəlcə görüş ekspertlər səviyyəsində keçiriləcək. ABŞ və Rusiya nümayəndələri hərbi əməliyyatların dayandırılması şərtlərini razılaşdırmaq üçün bazar ertəsi və ya çərşənbə axşamı Səudiyyə Ərəbistanında görüşlər keçirməyə başlayacaqlar.

Xüsusi elçi ABŞ və Rusiya liderlərinin şəxsi görüşünün keçirilməsi mümkünlüyünü istisna etməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin