Peskov: "Ukrayna tərəfi enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir"

2025/02/1740132300.jpg
Oxunub: 468     15:55     19 Mart 2025    
Ukrayna tərəfi Rusiya və Ukrayna enerji infrastrukturuna zərbələrin dayandırılmasında qarşılıqlılıq nümayiş etdirmir.

Ordu.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Təəssüf ki, hələlik Ukrayna tərəfindən qarşılıqlılıq yoxdur. Bizim enerji infrastrukturu obyektlərimizə zərbələr endirmək cəhdləri olub", - D.Peskov qeyd edib.

O, bu zərbələrin Rusiya və ABŞ prezidentləri arasında əldə edilmiş razılaşmaları pozmaq cəhdi hesab edilib-edilməyəcəyinə aydınlıq gətirib: "Bu cür addımlar ümumi səylərə ziddir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ukrayna  


Bizi "telegram"da izləyin