Peskov Ukraynanın Rusiyadakı obyektlərə zərbələri dayandırmadığını bildirib

2025/01/1736846963.jpg
Oxunub: 522     15:15     19 Mart 2025    
“Kiyev gecə saatlarında Rusiyanın ərazisindəki obyektlərə zərbələrin endirilməsini dayandırmayıb. Bu isə Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın münaqişənin dinc yolla həlli istiqamətlərindəki səyləri ilə ziddiyyət təşkil edir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Rusiya dövlət başçısının Ukraynanın infrastruktur obyektlərinə zərbələrin dayandırılması haqqındakı əmri dərhal yerinə yetirilib.

Peskovun sözlərinə görə, “hazırda Rusiya hakimiyyəti Kiyevin Moskva ilə Vaşinqtonun sülh yoluna yönəlmək istiqamətindəki niyyətinə uyğun davranıb-davranmayacağını diqqətlə izləyir”.

“19–20 mart tarixlərində Rusiya ilə ABŞ həm növbəti təmasların tarixini və bu prosesdə iştirak edəcək şəxslərin siyahısını razılaşdırır”, - Kreml rəsmisi əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ukrayna  


Bizi "telegram"da izləyin