Zelenski atəşkəsi sülh danışıqlarına doğru ilk addım adlandırıb

2025/03/67379-1741929121.jpg
Oxunub: 435     15:12     19 Mart 2025    
Gələcək sülh danışıqlarında ilk maddə qeyd-şərtsiz atəşkəs barədə razılaşma olmalıdır.

Ordu.az-ın Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, yalnız bundan sonra digər məsələləri, o cümlədən ərazi məsələlərini müzakirə etmək olar.

"İlk addım - şərtsiz atəşkəsdir, hətta, məsələn, səmada sakitlik, dənizdə sakitlik kimi müəyyən mərhələlərdən keçmək lazım olsa belə. Nəticədə bu, bütün cəbhəboyu sakitliyə gətirib çıxaracaq", - V.Zelenski bildirib.

Onun sözlərinə görə, bu ədalətli sülhə gedən yeganə düzgün yoldur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin