Zelenski ərazi güzəştinə getmək istəmir

2025/03/1741286833.jpg
Oxunub: 472     14:24     19 Mart 2025    
“Ərazi güzəştləri məsələsi gələcək danışıqların ən həssas və mürəkkəb məqamlarından biri olacaq”.

Ordu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın dövlət başçısı Aleksandr Stubb ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu və digər məsələlərin müzakirəsi üçün həm dənizdə, həm də səmada atəşkəs rejiminin təmin olunması vacibdir.

“Müvəqqəti işğal altındakı ərazilərimizin Rusiyanın tərkib hissəsi hesab olunması bizim üçün “qırmızı xətt”dir. Biz buna getməyəcəyik”, - Zelenski əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin