KİV: ABŞ Ukrayna ilə bağlı sazişdə Aİ-nin iştirakını qaçılmaz hesab edir

2025/03/1741684050.jpg
Oxunub: 425     12:18     19 Mart 2025    
Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı hər hansı sülh sazişinin həyata keçirilməsində iştirak etməli olacaq, belə ki, Rusiya bu saziş çərçivəsində birlik tərəfindən ona qarşı tətbiq edilmiş sanksiyaların yumşaldılmasını tələb edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

"Amerikalı rəsmilər avropalı həmkarlarına bildiriblər ki, Aİ Ukraynayla bağlı hər hansı sülh sazişində iştirak etməli olacaq, çünki Rusiya sövdələşmənin bir hissəsi kimi blokun tətbiq etdiyi sanksiyaların yumşaldılmasını istəyir", - məlumatda qeyd olunub.

Mənbələrin məlumatına görə, Vaşinqton həmçinin Avropadakı həmkarlarına bildirib ki, prioritet hərbi əməliyyatların dayandırılmasıdır və bundan sonra digər məsələlər, o cümlədən Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətləri müzakirə olunmalıdır.

ABŞ dövlət katibi Marko Rubio martın 12-də bildirib ki, Avropanın Rusiyaya qarşı sanksiyaları və ölkənin dondurulmuş aktivləri ilə bağlı məsələlər gələcək danışıqlarda müzakirəyə çıxarılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna    


Bizi "telegram"da izləyin