Almaniya Bundestaqından tarixi qərar: Müdafiə və infrastruktur xərcləri üçün “yaşıl işıq” yandırıldı

2025/03/1742371065.jpg
Oxunub: 528     18:15     19 Mart 2025    
Almaniya Bundestaqı durğun iqtisadiyyatı gücləndirmək, ümumi Avropa müdafiəsinin yeni dövrünə hazırlamaq üçün infrastruktur, müdafiə və iqlim mühafizəsinə sərmayələri əhatə edən çox milyard avroluq xərc planını təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, parlament infrastruktur, iqlim üçün 500 milyard avroluq xüsusi fond yaradacaq və müdafiə xərclərini gələcək “borc əyləci”ndən azad edəcək konstitusiya dəyişikliyini təsdiqləyib.

Fevralın 23-də keçirilən ümumi seçkilərdən sonra koalisiya danışıqları aparan Xristian Birliyi (CDU/CSU) və Sosial Demokrat Partiyasının (SPD) təqdim etdiyi konstitusiya dəyişikliyi təklifi Bundestaqda 207-yə qarşı 513 səs çoxluğu ilə qəbul edilib.

Ümumilikdə 720 deputatın səsverməsindən sonra təklif qüvvəyə minməsi üçün Federal Əyalətlər Nümayəndələr Palatası (Bundesrat) tərəfindən də təsdiqlənməlidir. Bundesratda səsvermənin martın 21-də keçiriləcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Bundestaq  


Bizi "telegram"da izləyin