“Rafale” sifarişlərini artıracağıq” - Makron

2025/03/1742371012.jpg
Oxunub: 535     18:10     19 Mart 2025    
Fransa prezidenti Emmanuel Makron ölkənin müdafiə sənayesini dəstəkləmək üçün daha çox “Rafale” döyüş təyyarəsi sifariş edəcəklərini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransanın şərqindəki “Luxeuil-Les-Bains” aviabazasına səfəri zamanı danışan Makron bildirib ki, yeni “Rafale” təyyarələri Ukraynaya hədiyyə edilən “Mirage” təyyarələrini əvəz edəcək.

Makron bəyan edib ki, Fransa müdafiə xərclərini ümumi daxili məhsulun 3,5%-nə çatdırmağı hədəfləyir.

ABŞ prezidenti Donald Trampın təzyiqi ilə Avropanın müdafiə sərmayələrini artırmağa üz tutduğunu vurğulayan Makron “Rafale” sifarişlərinin artırılmasının hazırkı konyukturada zəruri addım olduğunu bildirib.

Fransa hökuməti “Luxeuil-Les-Bains” aviabazasının modernləşdirilməsinə və ən son nüvə raket texnologiyasının inteqrasiyasına 1,5 milyard avro (1,64 milyard dollar) sərmayə qoyacaq.

Makron elan edib ki, 2035-ci ilə qədər bazada “Rafale”nin yeni nəsil versiyası və Fransanın nüvə çəkindiriciliyi imkanlarını gücləndirəcək hipersəs nüvə raketi yerləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Rafale  


Bizi "telegram"da izləyin