Ordu.az xəbər verir ki, nümayəndə heyəti sərgi çərçivəsində sektordakı mövcud inkişafları izləyib və Türkiyə Daxili İşlər Nazirliyinin ehtiyaclarına uyğun olaraq ilki Ankarada keçirilən Daxili Təhlükəsizlik Avadanlıqları Sərgisi (IGEF) üçün müxtəlif görüşlər keçirib.
Ərdoğan tədbirlə bağlı açıqlamasında bildirib:
“Sərginin başladığı gündən etibarən komandamızla buradayıq. Bu qədər geniş auditoriyaya müraciət edən tədbirlər sektorda fəaliyyət göstərən şirkətlər üçün böyük əhəmiyyət kəsb edir. Sərgilər ixraca açılan qapıdır. Şirkətlərin marka tanınmasına və xarici bazarlara açılmasına əhəmiyyətli töhfə verir. Geri dönüşlər bəzən qısamüddətli, bəzən də uzunmüddətli ola bilər, lakin sərgilər, şübhəsiz ki, şirkətlər üçün kritik əhəmiyyətə malikdir”.
Ankarada daxili təhlükəsizlik texnikası və müdafiə sənayesində boşluq olduğunu qeyd edən Ərdoğan İGEF-in bu ehtiyacı qarşılamaq üçün həyata keçirildiyini bildirib.
2024-cü il sentyabrın 19-21-də “Ankara Congresium”da ilk dəfə təşkil edilən sərgi 12 mindən çox ziyarətçiyə ev sahibliyi edib. Tədbirdə 25 ölkədən polis rəisləri, jandarma komandirləri və digər aidiyyatı rəsmilər də daxil olmaqla, ümumilikdə 282 xarici ziyarətçi iştirak edib.
Ərdoğan sərgi ilə bağlı gələcək planlarını bölüşüb:
“Şirkətlərimizdən aldığımız rəylər çox müsbətdir. Bu il biz iştirakçı şirkətlərin sayını 150-yə çatdırmağı hədəfləyirik. Həmçinin 83 ölkədən ən azı 50 nümayəndə heyətini dəvət edib, ölkəmizdə qonaq etməyi planlaşdırırıq”.
Sevinc Əliyeva
Ordu.az