Ordu.az xəbər verir ki, bunu "Radiožurnál"a müsahibəsində Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.
“Bu, şübhəsiz ki, Avropa üçün çox ciddi və mühüm siqnaldır. Yəni, Avropa müdafiəsinin qeydinə özü qalmalıdır”, - nazir bildirib.
O qeyd edib ki, Avropa ölkələri, o cümlədən Çexiya artıq müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində addımlar atır.
Nazir Vaşinqton və Kiyevin mineral ehtiyatlar üzrə razılaşmaya qayıtma ehtimalını alqışlayıb. XİN başçısı, həmçinin Ukraynaya hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb: "Biz öz təhlükəsizliyimizin və Ukraynanın bir hissəsi olduğu Avropanın təhlükəsizliyinin qayğısına qalmalıyıq".
Ordu.az