Trampın Konqresdəki çıxışını izləyənlərin 80%-ə qədəri bunu müsbət qiymətləndirib

2025/03/1741169022.jpg
Oxunub: 429     13:51     05 Mart 2025    
ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışını izləyən amerikalıların demək olar ki, 80%-i çıxışdan razı qalıb.

Ordu.az “İnterfaks”a istinadən xəbər verir ki, bu, “CBS News” və “YouGov”un sorğusunda öz əksini tapıb.

Respondentlərin əksəriyyəti respublikayönümlü olub.

Sorğuda iştirak edənlərin 23 %-i ABŞ liderinin çıxışını mənfi qiymətləndirib.

Respondentlərdən Trampın çıxışının onlarda hansı hisslər oyatdığı soruşulub. 68 % ümid, 54 % qürur, 27 % narahatlıq, 16 % qəzəb hiss etdiyini bildirib.

Bundan başqa, araşdırmaya əsasən, izləyicilərin böyük əksəriyyəti Trampın miqrasiya və sərhədlərin mühafizəsi, eləcə də Ukrayna məsələsi ilə bağlı planlarını bəyəndiyini bildirib.

Sorğuda 1,2 minə yaxın insan iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Konqres  


Bizi "telegram"da izləyin